Tərtib qaydaları

Saleh Balay oğlu Qocayevin anadan olmasının 120 illiyinə həsr olunmuş ADNSU tələbələrinin 68-ci elmi-texniki konfransı 2019-cu ilin dekabr ayının 9-16 tarixlərində keçirilməsi nəzərdə tutulubdur.
Məruzələrin tezisləri (1-2 səhifə) aşağıdakı tələbata uyğun tərtib olunmalıdır:
  • Məruzələr azərbaycan, rus və ingilis dillərindən birində, A5 formatda, elektron formada, kafedra iclasının çıxarışı və Antiplaqiat nəticələri ilə birlikdə qəbul olunur;
  • Məruzələrin mətni kompüterdə Microsoft Word proqramında, Times New Roman standart 12 şriftlə, sətirlərarası interval-1, sağ və soldan – 2 sm, yuxarı və aşağıdan – 2 sm, abzas -1sm məsafə saxlamaqla və sətirdən sətrə keçməmək şərtilə çap olunmalıdır;
  • Kimyəvi formulalar ChemDraw proqramında yığılmalıdır;
  • Riyazi düsturlar Microsoft Word proqramı vasitəsilə tərtib olunmalıdır;
  • İki və daha çox həmmüəllif olduğu halda məruzəçinin adının altından xətt çəkilməlidir;
  • Əvvəlcə məruzənin adı iri hərflərlə Times New Roman 12 şriftlə (B), 1 sətir sonra müəlliflərin tələbə və ya magistr olduğu qeyd olunur, daha 1 sətir sonra müəllif (lərin) adı, atasının adı və soyadı, 1 sətir sonra isə kurs və qrupun nömrəsi 12 şrift (I) ilə qeyd olunur. Qeyd olunan məlumatın qarşı tərəfindən elmi rəhbərin(lərin) adı, atasının adı və soyadı 12 şriftlə (I) verilməlidir;
  • Mətnə daxil edilən cədvəllərin adı Times New Roman 10 şriftlə (B) (I), 1 intervalla yazılmalıdır. Cədvəlin içində mətn Times New Roman 10 şriftlə verilməlidir;
  • Mətnə daxil edilən şəkillər, sxemlər, qrafik materiallar JPEG formatda mətnin içində və ya sonunda olmalıdır. Şəkilaltı yazılar Times New Roman 10 şriftlə (B) (I) yazılmalıdır;
  • Ədəbiyyat siyahısı Times New Roman 10 şriftlə yazılmalı, nömrələnməsi adi qayda üzrə olmalıdır. İstinadlar mətnin içində kvadrat mötərzədə verilməlidir.

Təqdim olunan məruzələrə görə bütün məsuliyyəti müəlliflər özü daşıyır.


Təşkilat Komitəsi göndərilmiş materialların seçilmə və qəbul olunma hüququnu özündə saxlayır.

Məruzələrin tezislərinin qəbulu 22.11. 2019-cu il tarixinə qədər davam edəcək.
Əlavə məlumat almaq üçün telefon: (+994)124931824; daxili 4-63.

Tezis nümunəsinin başlığı

UZUN MÜDDƏT İŞLƏNİLMƏDƏ OLAN PİRALLAHI YATAĞININ GEOLOJİ-MƏDƏN SƏCİYYƏSİ


Magistr (Tələbə):
Şabanova Şəlalə İlqar qızı (məruzəçi)
Məmmədov Rüfət Rəsul oğlu
III kurs, qrup 318.6
Elmi rəhbər:
dos. L.Ə.Abdullayeva









Qeydiyyat